Moskvada parklar bağlanır - SƏBƏB

saytların hazırlanması

Evə çatdırılma

Moskvada parklar bağlanır - SƏBƏB

Dünya

14 Mart 2025 14:37 292


Moskvada hava şəraitinin kəskin pisləşməsi səbəbindən paytaxtdakı parklar müvəqqəti bağlanıb.

Yenisabah.az xəbər verir ki, "Sokolniki" parkının administrasiyası bu qərarı açıqlayıb və bütün tədbirlərin ləğv edildiyini bildirib.

"Fili", "Qırmızı Presnya" və "Qorki" parkları da fəaliyyətini dayandırıb. "Fili" parkının rəhbərliyi açılış tarixi barədə əlavə məlumat veriləcəyini qeyd edib. Toyuqlu pizza

Bundan əlavə, güclü külək səbəbindən VDNX-dəki "Hava tramvayı" kanat yolu müvəqqəti bağlanıb. Moskva Günəşi adlı dönmə çarxı isə fəaliyyətini davam etdirir.

"Fobos" hava mərkəzinin eksperti Yevgeni Tişkovetsin məlumatına görə, 14 martda Moskvanı 9 bal gücündə fırtına vuracaq. Ən güclü külək 15:00-dan 18:00-a qədər müşahidə olunacaq, küləyin sürəti saniyədə 22 metrə çata bilər. Yağış gözlənildiyindən paytaxtda "sarı" hava təhlükəsi rejimi elan edilib və bu rejim 22:00-a qədər qüvvədə olacaq./BAKU.WS


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!