Moskvada polis mərcdə uduzduğu üçün intihar etdi

saytların hazırlanması

Evə çatdırılma

Moskvada polis mərcdə uduzduğu üçün intihar etdi

Hadisə

08 May 2024 00:22 870


Rusiyanın paytaxtı Moskvada polis əməkdaşı iş yerində intihar edib.

Yenisabah.az Oxu.az-a istinadən xəbər verir ki, intihara səbəb mərcdə mənzilini uduzması olub. O, “Bavariya” ilə matçda “Real”ın qələbəsinə mərc edib.

Məlumata görə, mayın 1-də səhər saatlarında polis idarəsinin yeməkxanasında 38 yaşlı polis əməkdaşının meyiti aşkar edilib. Onun əlində xidməti tapança olub. Dördpendirli pizza

İntihara borcun səbəb ola biləcəyi ehtimal edilir. O, itirdiyi məbləği geri qazanmaq üçün mənzili girov qoyub, lakin aldığı məbləği də itirib.

Onun son dəfə Çempionlar Liqasının yarımfinalında 2:2 hesabı ilə başa çatan “Bavariya” – “Real” matçına mərc etdiyi təxmin edilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!