Moskvada şəhərə çıxış daha da sərtləşdirilir

saytların hazırlanması

Evə çatdırılma

Moskvada şəhərə çıxış daha da sərtləşdirilir

Dünya

11 Aprel 2020 07:47 831


Moskvada aprelin 13-dən 19-dək koronovirus infeksiyasının yayılması ilə mübarizə çərçivəsində yeni məhdudiyyətlər tətbiq ediləcək.

“Yeni Sabah” xəbər verir ki, Moskva meri Sergey Sobyanin şəhərdə xüsusi rejim elan edib. Onun sözlərinə görə, gələn həftədən mütəmadi olaraq vəsiqəli buraxılış rejimi tətbiq olunacaq. Şəhərin hakimiyyət orqanları buraxılış üçün icazəyə görə verilən məlumatların düzgün olub-olmamasını yoxlamaq hüququnu özündə saxlayır.

Bundan əlavə, Rusiya paytaxtında tibb, qida, fərdi qorunma vasitələri istehsalı müəssisələri, hakimiyyət orqanları, hüquq mühafizə orqanları, banklar, rabitə müəssisələri, nəqliyyat, mühüm müdafiə, kosmik, atom sənayesi müəssisələri və KİV-lərdən başqa bütün müəssisə və təşkilatların işi dayandırılır./Azərtac Pepperoni pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!