Moskvada terrorun izləri: Türkiyədə 5 nəfər ittiham olunur

saytların hazırlanması

Evə çatdırılma

Moskvada terrorun izləri: Türkiyədə 5 nəfər ittiham olunur

Dünya

02 Yanvar 2025 15:09 651


Moskvada "Crocus City Hall" konsert kompleksindəki terror aktını törədənlərlə əlaqəsi olduğu müəyyən edilən 5 şübhəli haqqında İstanbulda məhkəmə işi açılıb.

Yenisabah.az Anadolu-ya istinadla xəbər verir ki, İstanbul Baş Prokurorluğunun Terror Cinayətləri üzrə İstintaq Bürosu tərəfindən hazırlanan ittihamnamədə təqsirləndirilən şəxslərin Moskvada terror aktını törədənlər ilə əlaqə saxladıqları qeyd edilib.

İttiham aktında təqsirləndirilən şəxslər Hofizjon Usmonov, Muteullo Asoev, Rahmatullo Salikov, Muhammadrahim Faizov və Hamza Muhammedin "silahlı terror təşkilatına üzv olmaq" cinayətinə görə 7,5 ildən 15 ilə qədər azadlıqdan məhrum edilməsi istənilib. pizza

İstanbul 25-ci Ağır Cəza Məhkəməsi iddianaməni qəbul edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!