Moskvadan daha 34 vətəndaşımız təxliyə edildi

saytların hazırlanması

Evə çatdırılma

Moskvadan daha 34 vətəndaşımız təxliyə edildi

Sosial

22 Mart 2020 15:38 690


Bu gün Azərbaycan Respublikasının 34 vətəndaşı Rusiyanın “Aeroflot” aviaşirkətinin təyyarəsi ilə Moskvanın “Şeremetyovo” hava limanından Bakıya yola salınıb. 

Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycanın Rusiyadakı səfirliyi məlumat yayıb. 

Azərbaycan vətəndaşlarının Bakıya yola salınması səfirliyin və “Azərbaycan Hava Yolları” QSC-nin rəhbərliyinin müdaxiləsi əsasında mümkün olub.  Marqarita pizza

“Yaranmış məlum vəziyyətlə əlaqədar soydaşlarımızın vətənə yola salınması məsələsi səfirliyin ciddi nəzarəti altındadır. Burada səfirlik “AZAL” aviaşirkətinin Rusiyadakı nümayəndəliyi ilə birgə fəaliyyət göstərir. 

Azərbaycana getmək istəyən soydaşlarımıza səfirliyin “qaynar xətlərinə” (‪+7977 442 2954, ‪+7977 442 2964) və ya “AZAL”ın Moskvadakı nümayəndəliyinə (‪+7499 243 3302, +7499 243 3307, +7495 660 1777) zəng etmələrini xahiş edirik” - deyə, səfirliyin məlumatında qeyd olunub. /Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!