Moskvadan HƏMAS-a girovların azad edilməsi çağırışı

saytların hazırlanması

Evə çatdırılma

Moskvadan HƏMAS-a girovların azad edilməsi çağırışı

Dünya

15 Noyabr 2024 13:18 491


Moskva HƏMAS-ın girovluğunda saxlanılan rusiyalılar Aleksandr Trufanov və Maksim Xarkinin dərhal azad edilməsinə çağırış edib.

Yenisabah.az RIA Novosti-yə istinadla xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirilib.

“Bu gün yüzdən çox insan əsirlikdədir. Günahsız insanların tutulması və uzun müddət məcburi həbsdə saxlanmasına heç bir şəkildə haqq qazandırıla bilinməz. Fələstinli dəstələrin əlində olan bütün mülki şəxslərin, ilk növbədə, soydaşlarımız Trufanov və Xarkinin dərhal və qeyd-şərtsiz azad edilməsinə çağırışımızı təkrar edirik”, - deyə Rusiya XİN sözçüsü vurğulayıb. Pepperoni pizza

Zaxarovanın sözlərinə görə, bu humanitar tapşırığın həyata keçirilməsi üçün ardıcıl iş, o cümlədən Rusiyanın Yaxın Şərq ölkələrindəki səfirliklərinin kanalları vasitəsilə davam etdiriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!