Moskvanın COVİD-19 bəlası:   Bir gündə 106 ölüm

saytların hazırlanması

Evə çatdırılma

Moskvanın COVİD-19 bəlası: Bir gündə 106 ölüm

Dünya

05 İyul 2021 13:44 835


Rusiya paytaxtı COVID-19-un əsas mərkəzi olaraq qalmaqdadır.

Yenisabah.az “RİA Novosti”yə istinadla xəbər verir ki, son gün ərzində Moskvada 1.385 koronavirus xəstəsi xəstəxanalara yerləşdirilib, 735 nəfər süni tənəffüs aparatlarına qoşulub.

Bu barədə ölkənin Koronavirusun yayılması ilə mübarizə üzrə Əməliyyat Qərargahı məlumat yayıb. pizza sifarişi

Ümumən son gündə Moskvada 6.557 yeni yoluxma qeydə alınıb. 5.648 xəstə sağalıb və sağalmış insanların ümumi sayı 1.188.188 nəfərə yüksəlib.

Rusiya paytaxtında 106 COVID-19 xəstəsi ölüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!