“Moskva bizi tələyə salmaq istəyir. Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko Bakıda Milli Məclisin sədri ilə görüşdə Sevastopolun alman faşistlərindən azad olunmasının 75 illiyi ilə bağlı azərbaycanlı həmkarını Krıma dəvət edib. Matviyenko hətta belə bi cümlə işlədib: “Özünüz gələ bilməsəniz, heç olmazsa Milli Məclisdən nümayəndə heyəti göndərin””.
“Yeni Sabah”ın məlumatına görə, bunu politoloq Elxan Şahinoğlu deyib. O bildirib ki, Valentina Matviyenkonun bu cümləni işlətməsi təsadüfi deyil:
“Biz Krımı Ukrayna ərazisi sayırıq. Bizim üçün Krımın Dağlıq Qarabağdan fərqi yoxdur. Necə ki, biz Dağlıq Qarabağa qeyri-qanuni səfərlər edənləri persona non-qrata elan edirik, eyni ilə Kiyev də Krıma səfərlər edənləri persona non-qrata elan edir və Ukraynaya girişini qadağan edir. Kremlin dili ilə danışan Matviyenko bilir ki, rəsmi Bakı Krıma yüksək səviyyəli nümayəndə heyəti göndərməyəcək, ancaq heç olmazsa Bakıdan hansısa heyətin gəlməsinə çalışır. Marqarita pizza
Moskvanın tələsinə düşmək olmaz. Hansısa millət vəkilimiz Sevastopola getmək haqqında düşünürsə, bilməlidir ki, onun Sevastopola səfəri bizim Dağlıq Qarabağ siyasətimizi zəiflədəcək, sabah ermənilər deyəcək ki, azərbaycanlı rəsmi və ya deputat Krıma gedirsə, başqa ölkələrin deputatları da Dağlıq Qarabağa rahat gələ bilməli və buna rəsmi Bakı etiraz etməməlidir”.
Telegram kanalımız