Moskvaya ilk kütləvi dron hücumu – Videolar yayıldı

saytların hazırlanması

Evə çatdırılma

Moskvaya ilk kütləvi dron hücumu – Videolar yayıldı

Hadisə

30 May 2023 12:09 7317


Mayın 30-da səhər saatlarında ukraynalılar Moskvaya döyüş dronları ilə kütləvi hava zərbələri endirib. Müxtəlif mənbələrin məlumatına görə, hücumda 10-dan 30-a qədər dron iştirak edib.

Moskva meri Sobyaninin sözlərinə görə, bir neçə yaşayış binasına ziyan dəyib, bir neçə nəfər yaralanıb.

Moskva vilayətindəki obyektlər də hücuma məruz qalıb. Sezar pizza

Rusiya Müdafiə Nazirliyi dronların əksəriyyətinin məhv edildiyi haqqında məlumat yayıb.

Bu, Rusiyanın Ukraynaya qarşı təcavüzünün başlanğıcından etibarən Moskvaya ilk kütləvi hücumdur.

Dünən Ukrayna kəşfiyyatının rəhbəri Kiril Budanov Rusiyanın son günlər Kiyevə endirdiyi kütləvi hava zərbələrinə görə peşman olacağı barədə xəbərdarlıq edib.

Göründüyü qədər, Moskvaya bugünkü hücum hələ ilk qaranquşdur. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!