Moskvaya növbəti dəfə PUA hücumu oldu

saytların hazırlanması

Evə çatdırılma

Moskvaya növbəti dəfə PUA hücumu oldu

Dünya

28 Oktyabr 2025 00:31 199


Rusiyanın paytaxtı Moskvaya PUA hücumu olub.

APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin məlumat verib.

Onun sözlərinə görə, Moskva istiqamətində uçan iki pilotsuz uçuş aparatı vurulub. Pepperoni pizza

Mer dronların vurulduğu rayonlarda təcili yardım xidmətlərinin çalışdığını söyləyib.

PUA hücumu ilə əlaqədar Moskvanın Jukovski hava limanı bağlanıb.

Qeyd edək ki, dünən də axşam saatlarından başlayaraq Rusiya paytaxtı Ukrayna tərəfindən PUA hücumuna məruz qalıb. Rusiya Müdafiə Nazirliyi tək Moskva və ətraf regionda 40-a yaxın PUA-nın vurulduğunu açıqlayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!