“Moskvaya zəng edərsiniz, yoxsa Pekinə?” – Əliyevə maraqlı sual

saytların hazırlanması

Evə çatdırılma

“Moskvaya zəng edərsiniz, yoxsa Pekinə?” – Əliyevə maraqlı sual

Siyasət

23 Yanvar 2020 05:33 3261


Yanvarın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davos Dünya İqtisadi Forumu çərçivəsində “Strateji baxış: Avrasiya” mövzusunda keçirilən panel iclasında iştirak edib. “Yeni Sabah” xəbər verir ki, dövlət başçısının söhbəti moderatorun maraqlı sualı və bu suala prezidentin maraqlı cavabı ilə başlayıb:

Moderator: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev. Dediyimiz kimi, Avrasiyada indi böyük qüvvələr yerləşib, bir tərəfdən Rusiya, o biri tərəfdən Çin. Azərbaycanın Prezidenti kimi Siz birinci növbədə kimə zəng edərsiniz – Moskvaya, yoxsa Pekinə?

Prezident İlham Əliyev: Bakıya. pizza mizza

Moderator: Bakıya…

Prezident İlham Əliyev: Bəli, bizim qonşularımıza münasibətdə siyasətimiz mehribandır, lakin, eyni zamanda, milli maraqlarımız həmişə birinci yerdədir. Buna görə də müstəqillik illəri ərzində əldə etdiyimiz bütün nailiyyətlər xalqımızın müstəqilliyimizə sadiq olmasına, siyasi və iqtisadi sahələrdə çox ciddi islahatları həyata keçirdiyimizə görə əldə olunmuşdur. Bizim nailiyyətlər Davos Dünya İqtisadi Forumunun illik qiymətləndirmələrində də öz əksini tapmışdır. İnfrastruktur sahəsi çox yüksək səviyyədə inkişaf edib. Yolların inşası və keyfiyyətinə gəldikdə, biz dünyada iyirmi yeddinci yerdə qərarlaşmışıq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!