“Mossad” rəhbəri ABŞ-a gedəcək

saytların hazırlanması

Evə çatdırılma

“Mossad” rəhbəri ABŞ-a gedəcək

Dünya

08 Aprel 2021 07:08 740


 “Mossad” rəhbəri Yossi Koen İranı ifşa edən dəlilləri təqdim etmək üçün ABŞ-a gedəcək.

Yenisabah.az “Channel 13”-ə istinadla xəbər verir ki, Koenin səfəri yaxın bir neçə gündə həyata keçəcək. “Mossad” rəhbəri Ağ Evdəki rəsmilər və Amerika kəşfiyyatının təmsilçiləri ilə görüşəcək.

Bu, prezident Co Baydenin prezidenti kimi vəzifəsinin icrasına başladığı gündən bəri İsrail rəsmisinin ABŞ-a ilk yüksək səviyyəli səfəri olacaq. Yossi Koenin Baydenlə də görüşəcəyi ehtimalı var. pizza hut

O, Birləşmiş Ştatlar rəsmilərinə İranın nüvə proqramı ilə bağlı təfərrüatları dünyadan gizlətdiyinə dair sübutlar təqdim edəcək. Səfərin əsas məqsədi ABŞ-ın 2015-ci ilin nüvə sazişinə qayıdışını əngəlləməkdir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!