“Mossad” rəhbəri HƏMAS-la müzakirələri davam etdirir

saytların hazırlanması

Evə çatdırılma

“Mossad” rəhbəri HƏMAS-la müzakirələri davam etdirir

Dünya

16 Yanvar 2025 16:41 231


"Mossad" rəhbəri David Barnea və israilli müzakirəçilər hələ də Qəzza zolağında atəşkəslə bağlı HƏMAS ilə razılaşmanı yekunlaşdırdıqları Dohadadırlar.

Yenisabah.az The Times of Israel-ə istinadla xəbər verir ki, ABŞ və Qətər razılaşmanı elan etsə də, İsrail tərəfi kiçik fikir ayrılıqlarının qalmasına işarə edib. İsrailin baş naziri Benyamin Netanyahu hələlik razılaşmaların bağlandığını təsdiqləməyib.

Baş nazirin ofisi qeyd edib ki, HƏMAS qruplaşması son anda Qəzza zolağında atəşkəs və girovların dəyişdirilməsi ilə bağlı razılaşmanın bəzi şərtlərinə qarşı çıxıb və bu, atəşkəsin bağlanmasına mane olur. Pepperoni pizza

HƏMAS Siyasi Büro üzvü İzzat ər-Rişik hərəkatın İsraillə müqavilə bağlamaq öhdəliyini açıqlayıb.

Bir gün əvvəl ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Qəzza zolağında saxlanılan israilli girovların azad edilməsi ilə bağlı razılığın əldə olunması barədə məlumat aldığını açıqlamışdı. ABŞ-ın hazırkı prezidenti Co Bayden məlumatı təsdiqləyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!