“Mossad” rəhbəri qəzzalıların 3 ölkəyə köçürülməsini müzakirə etdi 

saytların hazırlanması

Evə çatdırılma

“Mossad” rəhbəri qəzzalıların 3 ölkəyə köçürülməsini müzakirə etdi 

Dünya

18 İyul 2025 23:51 716


“Mossad” rəhbəri David Barnea bu həftə Qəzza zolağından fələstinlilərin köçürülməsi ideyasını Vaşinqtonda müzakirə edib.

Yenisabah.az axios-a istinadla xəbər verir ki, bu barədə mənbələr danışıb.

Barnea ABŞ-nin Yaxın Şərq üzrə xüsusi elçisi Stiv Uitkoffla görüşüb. “Mossad” rəhbəri deyib ki, İsrail köç məsələsini Efiopiya, İndoneziya və Liviya ilə müzakirə edir. Toyuqlu pizza

O təklif edib ki, Birləşmiş Ştatlar bu ölkələri Fələstin anklavının sakinlərini qəbul etməyə inandırmaqda kömək etsin. 

Vaşinqtonun bu məsələnin həllində iştirak edib-etməyəcəyi hələlik məlum deyil.

Fevral ayında ABŞ prezidenti Donald Tramp demişdi ki, anklavda hərbi əməliyyatlar başa çatdıqdan sonra Vaşinqton Qəzza zolağında nəzarəti ələ keçirməlidir. O bildirib ki, Qəzza sakinləri Misir və İordaniyaya və ya başqa ölkələrə yerləşdirilməlidir. Lakin o zaman ərəb ölkələri bu təklifə qarşı çıxıb.

Həmin vaxt ABŞ səlahiyyətliləri israilli həmkarlarına bildiriblər ki, əgər ölkənin baş naziri Benyamin Netanyahu fələstinliləri Qəzza zolağından çıxarmaq istəyirsə, onları qəbul etməyə hazır olan ölkələr tapmalıdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!