“Mossad”ın dronlar üçün parçaları İrana necə keçirdiyi məlum oldu

saytların hazırlanması

Evə çatdırılma

“Mossad”ın dronlar üçün parçaları İrana necə keçirdiyi məlum oldu

Dünya

15 İyun 2025 18:54 1776


İsrail İrana hücuma hazırlıq çərçivəsində aylardır gizli şəkildə pilotsuz uçuş aparat komponentləri və döyüş sursatlarını çamadanlarda, yük maşınlarında və konteynerlərdə daşıyıb.

Yenisabah.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti mənbələrə istinadən məlumat yayıb.

Onların məlumatına görə, "Mossad" kəşfiyyat xidməti bir neçə ildir ki, hava hücumundan müdafiə sistemlərinin və raket buraxılış qurğularının yerini öyrənərək əməliyyata hazırlaşırmış. İsrail agentləri dronları hissə-hissə İrana gətirərək yerində yığıblar. Toyuqlu pizza

Nəşrin həmsöhbətlərindən birinin sözlərinə görə, kiçik silahlı dəstələr İranın hava hücumundan müdafiə sistemlərini və raket buraxılış qurğularını işə başlamazdan əvvəl sıradan çıxarıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!