Astara rayonunun Şahağacı kənd sakininin yaşayış evinin həyətindən “Muravey-2M-01” markalı motosiklet oğurlanıb.
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Yeni Sabah"a verilən məlumata görə, Astara rayonunun Şahağacı kənd sakini O.Rəhimov Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək mayın 19-da gecə saatlarında ona məxsus yaşayış evinin həyətindən “Muravey-2M-01” markalı motosikletin oğurlandığını bildirib.
Astara RPŞ əməkdaşlarının keçirdiklərinin əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq faktını törətmiş şəxs müəyyən edilərək saxlanılıb. Dominos pizza
Araşdırmalarla onun Lənkəran şəhər sakini Vaqif Babayev olduğu müəyyənləşdirilib və oğurladığı “Muravey-2M-01” markalı motosiklet aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Telegram kanalımız