"Fənərbaxça"nın baş məşqçisi Joze Mourinyo daha 4 futbolçunu komandanın heyətində görmək istəmir. Portuqaliyalı baş məşqçi bu barədə artıq klub rəhbərliyinə məlumat verib.
Yenisabah.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sözügedən futbolçular Emre Mor, Rayn Kent, Samet Akaydın və Bartu Elmazdır. Mourinyonu ötən sezon transfer edilən Cengiz Ündəri də göndərmək niyyətindədir.
Qeyd edək ki, Joze Mourinyo sözügedən oyunçuları ilkin olaraq UEFA Avropa liqasının heyət siyahısına əlavə etməyib. Baş məşqçi 4 futbolçunun heç birinə əsas heyətdə şans vermir. Sezar pizza
Telegram kanalımız