Mourinyo daha bir ulduzu “Fənər”dən göndərir

saytların hazırlanması

Evə çatdırılma

Mourinyo daha bir ulduzu “Fənər”dən göndərir

İdman

27 İyun 2024 16:08 785


“Fənərbaxça”nın bosniyalı hücumçusu Edin Dzeko klubdan ayrılmaq niyyətindədir.

Yenisabah.az xəbər verir ki, 38 yaşlı futbolçu bu barədə klub rəhbərliyinə müraciət edib. Artıq Dzeko üçün “Fənərbaxça”ya təklif də var. Xorvatiyanın məşhur “Hayduk Split” klubu bosniyalı forvard üçün İstanbul təmsilçisinin qapısını döyüb.

Futbolçunun transferi ilə bağlı son qərarın baş məşqçi Joze Mourinyo tərəfindən veriləcəyi bildirilir. Sezar pizza

Edin Dzeko keçən mövsüm “Fənərbaxça”nın heyətində 46 oyuna çıxıb. Bu oyunlarda o, 25 qol və 10 asisstlə yadda qalıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!