“Fənərbaxça”nın baş məşqçisi Joze Mourinyo Portuqaliya Futbol Federasiyası ilə ilkin müqavilə imzalayıb.
Yenisabah.az xəbər verir ki, onun milli komandanın baş məşqçisi təyin olunacağı iddiası var.
J. Mourinyo Portuqaliya millisinin sükanı arxasına Millətlər Liqasının iyunda keçiriləcək final turnirindən sonra keçə bilər. pizza hut
Hazırda Portuqaliya yığmasına Roberto Martinez rəhbərlik edir. Mourinyo “Fənərbaxça”da ötən yaydan çalışır və onun mövcud müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədədir.
Telegram kanalımız