Öz meydanında “Qalatasaray”a məğlubiyyətindən sonra “Fənərbaxça”nın baş məşqçisi Joze Mourinyo kəskin qəzəblənib.
Yenisabah.az xəbər verir ki, portuqaliyalı mütəxəssis UEFA Avropa Liqası çərçivəsində baş tutacaq “Union SG” matçı öncəsi komandadakı bir çox futbolçuları start heyətindən çıxarıb.
Mourinyo Livakoviç, En-Nesyri, Fred kimi derbidə zəif çıxış edən futbolçuların əsas heyətdən kənarlaşıdırıb. Əvəzində isə Cenk Tosun, Cengiz Ünder və Kostic kimi oyunçuların uzun müddət sonra ilk 11-də yer alması gözlənilir. pizza sifarişi
Xatırladaq ki, “Qalatasaray”ın 3-1 hesabı ilə qələbə qazandığı matçda meydan sahiblərinin heyətində ən zəif performansı En-Nesyri göstərib. “Fənərbaxça”nın bu il 19.5 milyon avroya transfer etdiyi mərakeşli forvard oyun ərzində 2 dəfə boş qapıya yol tapa bilməyib.
Telegram kanalımız