Mourinyo Türkiyədən ayrılarkən “Fənərbağça”ya elə bir hesab qoyub ki...

saytların hazırlanması

Evə çatdırılma

Mourinyo Türkiyədən ayrılarkən “Fənərbağça”ya elə bir hesab qoyub ki...

İdman

09 Noyabr 2025 13:26 489


Mövsümün əvvəlində “Fənərbağça”dan ayrılaraq “Benfika” ilə müqavilə imzalayan Jose Mourinyo 15 aylıq Türkiyə macərası ərzində İstanbul Boğazı sahilində yerləşən “Four Seasons” otelində qalıb. 

"Yeni Sabah" xəbər verir ki, klubdan ayrılarkən aldığı təzminatla gündəm olan portuqaliyalı məşqçinin otel xərcləri dillərə dastan olub.

“Fənərbağça”ya böyük ümidlərlə imza atan Mourinyo Türkiyədə keçirdiyi 15 ay ərzində tez-tez yaratdığı qalmaqallar və səsləndirdiyi fərqli açıqlamalarla gündəmdə olub. pizza mizza

Mövsümün əvvəlində “Benfika” ilə keçirilən UEFA Çempionlar Liqasının pley-off mərhələsi öncəsində Mourinyonun klub rəhbərliyinə yönəltdiyi tənqidlər və ardınca komandanın mərhələni keçə bilməməsi səbəbilə Ali Koç rəhbərliyin onunla yollarını ayırdığını açıqlayıb.

Görkəmli bir təqdimat mərasimi ilə Türkiyəyə gələn Mourinyo ölkədən səssizcə ayrılıb, lakin “Fənərbağça” üçün ağır bir maliyyə yükü buraxıb.

Təcrübəli mütəxəssisin klubdan alacağı dəqiq təzminat məbləği bəlli olmasa da, İstanbulun ən lüks otellərindən birində qaldığı müddət ərzində “Fənərbağça”ya böyük məbləğdə borc buraxdığı bildirilir.

O, “Four Seasons Hotel”in ən bahalı “lüks suit” otağında qalıb və bu 15 aylıq qalma müddətinin dəyəri klub üçün 36,5 milyon lirəyə (təqribən 14 milyon 698 min 513 manat) başa gəlib.

Aydan Hacı

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!