UEFA Avropa Liqasının ilk turunda Türkiyənin “Fənərbaxça” klubu Belçika təmsilçisi “Union SG” üzərində qələbə qazanıb. Dünən baş tutan matçda ev sahibinin qollarını Çağlar Söyüncü və Kristian Borqes (öz qapısına) vurub.
Yenisabah.az Türkiyə mediasına istinadən xəbər verir ki, oyundan sonra klubun portuqaliyalı baş məşqçisi Joze Mourinyo maraqlı açıqlamalar verib. O, komandasına inandığını və gələcəkdə daha yaxşı nəticələr qazanacaqlarına əmin olduğunu vurğulayıb.
Xatırladaq ki, “Qalatasaray”a öz evində 3-1 hesabı ilə məğlubiyyətdən sonra Joze Mourinyo kəskin tənqid edilir. Mourinyo bir çox azarkeş tərəfindən “Fənərbaxça”ya qorxaq oyun oynatmaqla günahlandırılır. pizza hut
Telegram kanalımız