Mourinyonun maaşı bilindi:   İldə 7,5 milyon avro alacaq

saytların hazırlanması

Evə çatdırılma

Mourinyonun maaşı bilindi: İldə 7,5 milyon avro alacaq

İdman

05 May 2021 09:38 1160


Dünya şöhrətli futbol məşqçisi Joze Mourinyonun yeni klubu "Roma"dakı maaşı məlum olub.

Yenisabah.az xəbər verir ki, 58 yaşlı mütəxəssisin illik maaşı vergiləri çıxdıqdan sonra 7.5 milyon avro təşkil edəcək. Bundan başqa, portuqaliyalı çalışdırıcı 2022-ci ilin 30 iyununadək sabiq klubu "Tottenhem"dən 8.5 milyon avro məbləğində təzminat alacaq. Beləliklə, onun növbəti mövsüm üçün gəliri bonusları çıxmaq şərti ilə 16 milyon avro təşkil edəcək.

Qeyd edək ki, Mourinyo "Roma" ilə 3 illik müqavilə imzalayıb. O, yeni klubunda işinə iyulun 1-i başlayacaq.   Marqarita pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!