Ötən gün evində “Qalatasaray”a məğlub olan “Fənərbaxça”da mübahisələr artmaqdadır.
Yenisabah.az Türkiyə mediasına istinadən xəbər verir ki, azarkeşlər başda Ali Koç olmaqla, klub rəhbərliyindən istefa tələb edir.
“Fənərbaxça” rəhbərliyi isə əksinə, derbidəki məğlubiyyətin səbəbini baş məşqçi Joze Mourinyoda görür. Toyuqlu pizza
Matçdan sonra mətbuat konfransından yayınması isə portuqaliyalı baş məşqçini azarkeşlərin və rəhbərliyin gözündən salıb.
Xatırladaq ki, Türkiyə Superliqasının hələ 6-cı turu olmasına baxmayaraq, “Qalatasaray” və “Fənəxbaxça” arasındakı xal fərqi artıq 5-ə yüksəlib. Futbol mütəxəssisləri Mourinyonun klubdan göndəriləcəyini proqnozlaşdırır.
Telegram kanalımız