Mövcud olmayan ölkələrin səfiri həbs olundu

saytların hazırlanması

Evə çatdırılma

Mövcud olmayan ölkələrin səfiri həbs olundu

Dünya

26 İyul 2025 16:57 712


Hindistan polisi mövcud olmayan bir ölkə üçün səfirlik açan şəxsi həbs edib.

Yenisabah.az associated press-ə istinadla xəbər verir ki, Dehli yaxınlığındakı kirayə binada o, “Seborqa” və “Qərbi Arktika” kimi “dövlətlərin” nümayəndəliklərinin işini təşkil edib.

47 yaşlı Harşvardhan Cayndan saxta diplomatik nömrəli avtomobillər, təxminən 4,5 milyon rupi (52 min dollar) və digər valyutalarda olan nağd pullar müsadirə edilib. Sezar pizza

Cinayəti törədən şəxs özünü səfirlik işçisi və ya birbaşa səfir kimi təqdim edərək insanlara xaricdə işlə təmin olunacağına söz verib. Bunun üçün o, pul mükafatı alıb.

Bədəməlin dünya liderləri ilə çəkdirdiyi çoxsaylı montaj edilmiş fotoşəkilləri, habelə Hindistan və 30-dan çox ölkənin saxta möhürləri olan saxta sənədlər aşkarlanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!