Ermənistan işğalçı, terrorçu və iddiaları ilə imkanları arasında heç bir uyğunluq olmayan bir ölkədir. Azərbaycanın Gəncə, Mingəçevir və digər şəhərlərinə raket atmaq bu dövlətin əsl mahiyyətini ortaya qoyur.
Yenisabah.az xəbər verir ki, bu fikirləri türkiyəli professor Toğrul İsmayıl söyləyib.
Ermənistanın Dağlıq Qarabağa çox uzaqda yerləşən şəhərləri, mülki əhalini, yaşayış binalarını hədəf almasını beynəlxalq hüquqa həqarət kimi dəyərləndirən professor deyib: “Təhlillər göstərir ki, Ermənistan raket və artilleriya hücumlarını böyük təxribatlar üçün həyata keçirir. Əvvəla, cəbhədə böyük məğlubiyyətlə qarşılaşan təcavüzkar tərəfin rəhbərliyi bu hücumlarla ölkədəki çaşqınlığı müəyyən qədər aradan qaldırmağa cəhd göstərir. Lakin bu cəhdlə yalnız cahil insanları aldatmaq olar. İctimai rəylərdən aydın görünür ki, Azərbaycan və Ermənistan əhalisinin Dağlıq Qarabağ məsələlərinə münasibətləri çox fərqlidir. Azərbaycan xalqı böyük ruh yüksəkliyi ilə Prezident İlham Əliyevin ətrafında birləşərək milli orduya dəstək verir. Ermənilərdə isə vəziyyət çox fərqlidir. Əhalinin böyük əksəriyyəti saxta “böyük Ermənistan” ideologiyasının əsirinə çevrilib. Ermənistanda əhalinin çox hissəsi yaxşı başa düşür ki, Azərbaycanın dinc əhalisinin raket zərbələrinə tutulması xalqa və ölkəyə fayda gətirməyəcək. Buna baxmayaraq, mövcud rejim və saxta təbliğat əhalini hələ ki, dözməyə vadar edir”. Pepperoni pizza
Türkiyəli professor vurğulayıb ki, Ermənistan işğal altındakı Azərbaycan torpaqlarından çəkilərsə, qısa zamanda bölgəyə sülh və yeni bir inkişaf modeli gələ bilər. (Azərtac)
Telegram kanalımız