Mövlud Çavuşoğlu Azərbaycana gəlir

saytların hazırlanması

Evə çatdırılma

Mövlud Çavuşoğlu Azərbaycana gəlir

Siyasət

05 Fevral 2020 11:32 1193


Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu fevralın 6-da Bakıda keçiriləcək Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) üzv ölkələrinin xarici işlər nazirlərinin növbədənkənar iclasında iştirak etmək üçün Azərbaycana səfər edəcək.

"Yeni Sabah" bu barədə Türkiyə Xarici İşlər Nazirliyinə istinadən məlumat verir.

Məlumatda qeyd olunub ki, Türk Şurası üzvləri – Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın xarici işlər nazirləri, eləcə də müşahidəçi ölkə Macarıstanın xarici işlər və ticarət naziri Türk Şurasının gündəmində olan təxirəsalınmaz məsələləri müzakirə etmək üçün görüşəcəklər. Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!