MSK 3 dairə ilə bağlı müraciətlərə baxdı - Daha bir ləğv qərarı

saytların hazırlanması

Evə çatdırılma

MSK 3 dairə ilə bağlı müraciətlərə baxdı - Daha bir ləğv qərarı

Siyasət

18 Fevral 2020 16:37 10386


Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 29 saylı Seçki Dairəsi üzrə daxil olmuş müraciətlərə baxılıb. "Yeni Sabah" xəbər verir ki, müzakirələrin yekununda müraciətlərin araşdırılması üçün müvafiq Dairə Seçki Komissiyasına göndərilməsinə qərar verilib. İclasda 123 saylı Sabunçu seçki dairəsindən daxil olmuş müraciətə də baxılıb. Məsələ barədə MSK üzvü Tofiq Həsənov məlumat verib. Həmin dairədən qeydə alınmış namizəd Qənbərov Əziz müraciətində əksər seçki məntəqələrində qanun pozuntularına yol verildiyini qeyd edib. Namizəd bir şəxsin bir neçə dəfə səsverməsinə şərait yaradıldığını və topa bülletenlərin atıldığını qeyd edib. Araşdırma zamanı seçicilərin iradəsinə təsir edən hal aşkarlanmayıb. Yalnız 16 saylı məntəqədə pozuntular müəyyən edilib. Buna görə də, MSK-nın qərarına əsasən 16 saylı məntəqədə seçkilərin nəticəsi etibarsız hesab edilərək ləğv edilib. 56 saylı Xaçmaz seçki dairəsindən daxil olmuş müraciət barədə MSK katibi Arifə Muxtarova məlumat verib. Həmin dairədən qeydə alınmış namizəd Zeyqam Hüseynov müraciətində bildirib ki, seçkinin nəticələrini mübahisələndirmir, ancaq 7 saylı məntəqənin protokolunun ləğv edilməsini istəyir. DSK həmin seçki məntəqədə qanun pozuntusu aşkar etməyib. Namizəd bildirib ki, həmin məntəqədə seçicilər arasında böyük nufuzu var. Araşdırma zamanı ərizəçi sübut təqdim edə bilməyib. MSK qərara alıb ki, DSK-nın qərarı qüvvədə saxlanılmalıdır. Beləliklə, namizədin müraciəti təmin edilməyib. /Qafqazinfo
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!