MSK “Ana Vətən” Partiyasına cavab verdi

saytların hazırlanması

Evə çatdırılma

MSK “Ana Vətən” Partiyasına cavab verdi

Siyasət

08 İyul 2024 16:14 682


Prezident İlham Əliyev iyunun 28-də VI çağırış Milli Məclisin buraxılması haqqında imzaladığı Sərəncama əsasən sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib. “Ana Vətən” Partiyası ictimai-siyasi proseslərin aktiv iştirakçısı olaraq, qanunverici hakimiyyətə keçiriləcək seçkilərdə iştirakla bağlı qərarını və səlahiyyətli nümayəndələrinin siyahısının qeydə alınması üçün Mərkəzi Seçki Komissiyasına təqdim edib. MSK-nın iyulun 6-da keçirilən iclasında müraciətimizə baxılaraq, müsbət qərar verilib. 

“Ana Vətən” Partiyası İdarə Heyətinin qərarı ilə dairələr üzrə namizədlərin müəyyən olunması və seçi prosesinin təşkil edilməsi məqsədi ilə bir neçə şəxsdən ibarət “Seçki Qərargahı” yaradılıb. Eyni zamanda, İdarə Heyətinin qərarı əsasında partiya sədrinin müavini Yalçın Hacızadə “Seçki Qərargahının” rəhbəri təyin olunub.

Hal-hazırda “Seçki Qərargahında” namizədlərin müəyyən olunması və  Dair Seçki Məntəqələrinə sənədlərinin təqdim edilməsi üçün hazırlanması prosesi aparılır. Bir neçə günə iştirak edəcək namizədlərimizin tam siyahısı partiyanın ali orqanı tərəfindən təsdiq olunaraq, ictimaiyyətə təqdim ediləcəkdir.  Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!