MSK bələdiyyə seçkilərinə dair hesabat verdi

saytların hazırlanması

Evə çatdırılma

MSK bələdiyyə seçkilərinə dair hesabat verdi

Siyasət

14 Fevral 2025 16:44 196


Mərkəzi Seçki Komissiyası (MSK) yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərinin yekunlarını elan edir.

Yenisabah.az report-a istinadla xəbər verir ki, yekun nəticələrə əsasən 681 bələdiyyənin tam tərkibdə formalaşması, 1 bələdiyyənin isə tam tərkibdə formalaşmadığı qərara alınıb. seçkidən baxılmış müraciətlər əsasında yalnız bir bələdiyyə üzrə - 81 saylı İmişli seçki dairəsində Bəcirəvan bələdiyyəsinə keçirilən seçkinin nəticələri etibarsız hesab olunub.

Dairə seçki komissiyalarına müraciət edən bütün iddiaçılar üçün şərait yaradılıb, müraciət edənlərin 99 faizinin hüquqları təmin edilib. pizza sifarişi

Xatırladaq ki, yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində 1 milyon 874 min 810 seçici səsvermə hüququndan istifadə edib və seçici fəallığı 31,45% olub.

Seçkilər ölkə ərazisindəki 118 seçki dairəsini əhatə edən 5 min 846 məntəqədə keçirilib.

685 bələdiyyənin 8 min 71 üzvü üçün 16 min 92 namizəd mübarizə aparıb.

Bələdiyyə seçkilərində səsvermə hüququ olan 5 milyon 961 min 987 seçici var idi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!