Mərkəzi Seçki Komissiyası (MSK) beş partiyanın səlahiyyətli nümayəndələrini qeydə alıb.
Yenisabah.az Oxu.Az-a istinadən xəbər verir ki, MSK-nın bu gün keçirilən iclasında Ümid Partiyasının, Böyük Qurtuluş Partiyasının, Demokratik İslahatlar Partiyasının, Ana Vətən Partiyasının və Klassik Xalq Cəbhəsi Partiyasının 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Milli Məclisə növbədənkənar seçkidə səlahiyyətli nümayəndələrinin qeydə alınması ilə bağlı müraciətlərinə baxılır.
Məsələ səsverməyə çıxarılaraq qəbul edilib. Dördpendirli pizza
Telegram kanalımız