MSK daha 3 dairə ilə bağlı qərar verdi

saytların hazırlanması

Evə çatdırılma

MSK daha 3 dairə ilə bağlı qərar verdi

Siyasət

19 Fevral 2020 16:51 873


Milli Məclisə seçkilərlə əlaqədar daxil olmuş müraciətlərə baxılması ilə bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası başlayıb. "Yeni Sabah"ın məlumatına görə, MSK katibi Arifə Muxtarova bildirib ki, 56 saylı Xaçmaz Kənd və 62 saylı Saatlı Seçki dairələri üzrə daxil olan müraciətlər qanunvericilikdə nəzərdə tutulan vaxtlarda təqdim edilməyib. 92 saylı Ucar-Zərdab Seçki Dairəsi üzrə də daxil olan müraciət vaxtında təqdim olunmayıb. Buna görə də şikayətlərin geri qaytarılması qərara alınıb. /Modern.az
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!