MSK-dan bu namizədlərə   XƏBƏRDARLIQ

saytların hazırlanması

Evə çatdırılma

MSK-dan bu namizədlərə XƏBƏRDARLIQ

Siyasət

01 Fevral 2020 13:31 1442


Mərkəzi Seçki Komissiyası (MSK) hərbçilər qarşısında təşviqat aparan zaman qanunun tələblərini pozan deputatlığa namizədlərə xəbərdarlıq edib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə MSK-nın bu gün keçirilən iclasında qərar qəbul olunub.

MSK üzvü Tofiq Həsənov bildirib ki, bəzi namizədlər hərbçilər qarşısında təşviqat kampaniyası aparan zaman tələbləri pozurlar. Toyuqlu pizza

Onun sözlərinə görə, namizəd hərbi hissədə seçicilər qarşısında görüş keçirmək istəyəndə həmin hərbi hissənin komandiri bu barədə dairə seçki komissiyasına məlumat verməlidir: "Amma buna baxmayaraq, bəzi namizədlər bu tələbləri pozur. Hansısa namizədin təşəbbüsü ilə hərbi hissələrdə seçicilər qarşısında seçkiqabağı təşviqat kampaniyası aparmaqla bağlı hərbi hissəyə müraciət ediləndə həmin hərbi hissənin komandiri bununla bağlı dairə seçki komissiyasına məlumat verməlidir. Bundan sonra DSK sədri digər namizədlərə də məlumat verməlidir. Əgər bu tələb yerinə yetirilmirsə, seçki subyekti haqqında müvafiq tədbir görülməsi tələbi yaranır”.

İclasda müzakirələrdən sonra bununla bağlı namizədlərə xəbərdarlıq edilməsi barədə qərar qəbul edilib.  /Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!