MSK-dan daha bir ləğv qərarı

saytların hazırlanması

Evə çatdırılma

MSK-dan daha bir ləğv qərarı

Siyasət

22 Fevral 2020 16:35 2296


Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Milli Məclisə seçkilərlə əlaqədar 48 saylı Yevlax Seçki Dairəsi üzrə qeydiyyata alınmış namizəd Rüfət Hacıbəylinin müraciətinə baxılıb. "Yeni Sabah" xəbər verir ki, məsələ barədə MSK katibi Arifə Muxtarova məlumat verib. A. Muxtarova bildirib ki, R. Hacıbəyli seçki günü bu seçki dairəsi üzrə 3 və 13 saylı seçki məntəqələrində qanun pozuntularının olduğunu iddia edib və həmin məntəqələrdə seçkinin nəticələrinin ləğv olunmasını xahiş edib. MSK sosial şəbəkələrdə bu məntəqələrlə, o cümlədən 6 saylı məntəqə ilə bağlı yayılmış görüntüləri və protokolları da araşdırıb. MSK-nın araşdırması zamanı yalnız 6 saylı seçki məntəqəsində seçkinin nəticələrinin seçicilərin iradəsini əks etdirmədiyi üzə çıxıb, 3 və 13 saylı seçki məntəqələrində isə pozuntular aşkarlanmayıb. MSK 48 saylı Yevlax Seçki Dairəsi üzrə 6 saylı seçki məntəqəsində seçkinin nəticələrinin ləğv edilməsi barədə qərar verib. /APA
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!