MSK-dan ilk nəticələr: Seçici fəallığı 8,38 faizdir

saytların hazırlanması

Evə çatdırılma

MSK-dan ilk nəticələr: Seçici fəallığı 8,38 faizdir

Siyasət

29 Yanvar 2025 10:36 168


Ölkə üzrə 499 575 nəfər artıq bələdiyyə seçkilərində səs verib.

Yenisabah.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) İnformasiya Mərkəzinin müdiri Fərid Orucov buldirib.

O, bələdiyyə seçkilərində saat 10:00-a olan aktivliyi açıqlayıb. Seçici fəallığı 8,38 faiz olub. pizza mizza

Qeyd edək ki, səsvermə saat 19:00-a qədər davam edəcək.

Seçkilər ölkə ərazisindəki 118 seçki dairəsini əhatə edən 5 min 846 məntəqədə keçirilir. 685 bələdiyyənin 8 min 71 üzvü üçün 16 min 92 namizəd mübarizə aparır.

Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına əsasən, bələdiyyə seçkilərində səsvermə hüququ olan 5 milyon 961 min 987 seçici var.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!