MSK DSK-nın daha bir qərarını ləğv etdi

saytların hazırlanması

Evə çatdırılma

MSK DSK-nın daha bir qərarını ləğv etdi

Siyasət

17 Yanvar 2020 13:17 1499


Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında daha bir dairə seçki komissiyasının (DSK) qərarını ləğv edib.

"Yeni Sabah" "Report"a istinadən xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 15 saylı Yasamal I seçki dairəsindən namizədliyi öz təşəbbüsü ilə irəli sürülən Məmmədli Elcan Vəliməmməd oğlunun müraciətinə baxılıb.

İclasda çıxış edən E.Məmmədli DSK-ya təqdim etdiyi imza vərəqələrində hərf səhvləri olduğunu qeyd edib. Pepperoni pizza

Səhvlər texniki olduğundan MSK DSK-nın qərarını ləğv edib və E.Məmmədlinin namizədliyi qeydə alınıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!