MSK Gülər Əhmədovaya “yox” dedi

saytların hazırlanması

Evə çatdırılma

MSK Gülər Əhmədovaya “yox” dedi

Siyasət

21 Yanvar 2020 14:07 1076


Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 16 saylı Yasamal ikinci seçki dairəsindən öz təşəbbüsü ilə namizədliyini irəli sürmüş Əhmədova Gülər Mikayıl qızının müraciətinə baxılıb. 

"Yeni Sabah" xəbər verir ki, bu barədə MSK-nın katibi Arifə Muxtarova məlumat verib. A. Muxtarova bildirib ki, G. Əhmədova pozulmuş hüquqlarının bərpası üçün MSK-ya müraciət edib:“G. Əhmədova iddia edir ki, imzalar yoxlanılarkən onun prosesdə iştirakı təmin edilməyib. Dairə seçki komissiyası namizədin təqdim etdiyi imzaların 161-ni etibarsız hesab edib”. 

MSK -nın ekspert qrupu müraciəti araşdırıb və məlum olub ki, 161 imzadan 125-i etibarsızdır. Buna görə də, MSK DSK-nın qərarını qüvvədə saxlayıb. /Qafqazinfo Pepperoni pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!