MSK Müsavat Partiyasının deputatlığa namizədinin şikayəti ilə bağlı qərar verdi

saytların hazırlanması

Evə çatdırılma

MSK Müsavat Partiyasının deputatlığa namizədinin şikayəti ilə bağlı qərar verdi

Siyasət

23 Fevral 2020 16:39 781


Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında Milli Məclisə seçkilərlə əlaqədar 34 saylı Xətai İkinci Seçki Dairəsindən Müsavat Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Qəzənfər Baxışovun müraciətinə baxılıb. "Yeni Sabah" xəbər verir ki, bu barədə MSK üzvü Ramiz İbrahimov məlumat verib. R. İbrahimov bildirib ki, şikayət edən namizəd dairə üzrə bütün məntəqələrdə səsvermənin nəticələrini mübahisələndirib. Araşdırma zamanı məlum olub ki, seçki günü namizədin nə özü, nə də müşahidəçiləri məntəqələrdə müşahidə aparıb. MSK müraciəti müzakirəyə çıxarıb və şikayətin təmin edilməməsi ilə bağlı qərar qəbul edib. /APA
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!