MSK Mustafa Hacılının müraciəti barədə qərar verdi

saytların hazırlanması

Evə çatdırılma

MSK Mustafa Hacılının müraciəti barədə qərar verdi

Siyasət

13 Sentyabr 2024 16:43 472


8 saylı Binəqədi Seçki Dairəsindən Müsavat Partiyasından qeydə alınmış namizəd Mustafa Hacılının müraciətinə baxılıb.

Yenisabah.az apa-ya istinadla xəbər verir ki, müraciət barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK katibi Arifə Muxtarova məlumat verib.

O bildirib ki, müraciət Ekspert qrupunun üzvü tərəfindən araşdırılıb: pizza sifarişi

“Ərizəçi müraciətinə 16 akt və 1 ədəd elektron daşıyıcı əlavə edib. Dairə seçki komissiyasından müvafiq sənədlər alınaraq təkrar araşdırma aparılıb. Müşahidəçilərin əsasən səsvermə prosesini izləyə bilməmələri, 12 saylı seçki məntəqəsindən müşahidəçisinin məntəqədən uzaqlaşdırıldığı, sonra buraxıldığı iddia edilib. Seçki günü dairə üzrə müşahidə aparan müşahidəçilərdən alınmış izahatlar və aktlar əsasında dairə seçki komissiyası belə qərara gəlib ki, müraciətdəki iddialar əsassızdır.

Ərizəçinin təqdim etdiyi elektron daşıyıcıda videogörüntülərin araşdırılması zamanı məlum olub ki, bunlar hər hansı hüquq pozuntusunu özündə ehtiva etmir. Yuxarıda göstərilənlərə əsasən, dairə seçki komissiyasının düzgün hüquqi nəticəyə gəldiyi müəyyən edilib. DSK-nın qərarı dəyişdirilmədən saxlanılmalıdır”.

Təklif səsə qoyularaq qəbul edilib və DSK-nın qərarı qüvvədə saxlanılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!