Sabah Mərkəzi Seçki Komissiyasının iclası keçiriləcək.
Yenisabah.az APA-ya istinadla xəbər verir ki, iclasda Ramil Həsənin deputat fəaliyyətinə xitam verilməsi ilə bağlı məsələ müzakirə olunacaq.
Ramil Həsən bu il iyunun 12-də Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Qazaxıstanın paytaxtı Astanada keçirilən 14-cü plenar sessiyasında TÜRKPA Baş katibi seçilib. Dördpendirli pizza
Deputat vəzifəsinin icrasına sabah - oktyabrın 15-dən etibarən başlayacağını bildirib.
Xatırladaq ki, bundan əvvəl TÜRKPA Baş katibi vəzifəsini türkiyəli Mehmet Süreyya Er tutub. Ramil Həsən 2009-2013-cü illərdə də TÜRKPA Baş katibi olub.
Telegram kanalımız