MSK növbədənkənar seçkilərə yekun vurdu 

saytların hazırlanması

Evə çatdırılma

MSK növbədənkənar seçkilərə yekun vurdu 

Siyasət

16 Sentyabr 2024 13:53 480


Mərkəzi Seçki Komissiyası (MSK) sentyabrın 16-da keçirliən iclasında 2024-cü il sentyabrın 1-də keçirilmiş növbədənkənar parlament seçkilərinə yekun vurub. 

Yenisabah.az xəbər verir ki, iclasa MSK sədri Məzahir Pənahov rəhbərlik edib. 

Toplantıda MSK-nın seçkilərin nəticələrinə dair protokolunun müvafiq sənədlərlə birlikdə Konstitusiya Məhkəməsinə təqdim edilməsi məsələsinə baxılıb.  Dominos pizza

İclasda parlament seçkilərinin nəticələri haqqında MSK-nın protokolu tərtib edilib və qurumun bütün üzvləri tərəfindən imzalanıb təsdiqlənməklə seçkilərə yekun vurulub. 

Seçki Məcəlləsinin tələbinə uyğun olaraq, MSK-nın protokolunun müvafiq sənədlərlə birlikdə seçkilərin nəticələrinin təsdiq edilməsi üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə təqdim edilməsi, həmçinin, dərc olunması qərara alınıb. 

Xatırladaq ki, 2024-cü il sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib. Parlament seçkilərində 990 namizəd iştirak edib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!