MSK partiyaların səlahiyyətli nümayəndələrini qeydə aldı

saytların hazırlanması

Evə çatdırılma

MSK partiyaların səlahiyyətli nümayəndələrini qeydə aldı

Siyasət

11 Dekabr 2019 13:20 937


Bu gün Mərkəzi Seçki Komissiyasının iclası keçirilib.

"Yeni Sabah" xəbər verir ki, iclasda 2020- ci il fevralın 9- na təyin edilmiş Milli Məclisə növbədənkənar seçkilərdə Yeni Azərbaycan Partiyasının, Ümid Partiyasının, Vətəndaş Həmrəyliyi Partiyasının səlahiyyətli nümayəndələrin qeydə alınması ilə bağlı müraciətlərinə baxılıb. 

İclasda YAP- ın 119 nəfər səlahiyyətli nümayəndə,  1 nəfər isə maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi kimi qeydə alınıb.  Dördpendirli pizza

Ümid Partiyasından 17 nəfər səlahiyyətli,  2 nəfər isə maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə kimi qeydə alınıb.

Vətəndaş Həmrəyliyi Partiyasından  36 nəfər, 1 nəfər isə maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə kimi qeydə alınıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!