MSK REAL-ın imzalarını yoxlayacaq

saytların hazırlanması

Evə çatdırılma

MSK REAL-ın imzalarını yoxlayacaq

Siyasət

09 Aprel 2019 21:50 839


Mərkəzi Seçki Komissiyası (MSK) Respublikaçı Alternativ təşəbbüs qrupunun (ReAL) bir neçə qanunun qəbulu üçün Milli Məclisə təqdim etdiyi 41500 imzanın yoxlanılması üçün İşçi Qrup yaradıb.

Bu barədə qərar MSK-nın bu gün keçirilən iclasında qəbul olunub.

MSK-nın katibi Arifə Muxtarova bildirib ki, İşçi Qrup imzaların düzgünlüyünü və seçki yaşına çatmış Azərbaycan vətəndaşlarına aid olub-olmamasını yoxlayacaq. pizza sifarişi

İşçi qrupunun tərkibinə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertləri və Daxili İşlər Nazirliyinin mütəxəssisləri yer alacaq. MSK üzvü Etibar Əliyev isə İşçi qrupunun əlaqələndiricisi təyin olunub.

Proses yekunlaşdıqdan sonra İşçi Qrupun rəyləri və protokolu Milli Məclisə göndəriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!