MSK: Saat 15.00-a olan seçici fəallığı açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

MSK: Saat 15.00-a olan seçici fəallığı açıqlandı

Siyasət

29 Yanvar 2025 15:41 184


Mərkəzi Seçki Komissiyası (MSK) bu gün keçirilən bələdiyyə seçkiləri ilə bağlı səsvermə prosesində saat 15:00-a olan seçici fəallığını açıqlayıb.

Yenisabah.az xəbər verir ki, ilkin nəticələr barədə MSK Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov danışıb.

O bildirib ki, saat 15.00-a qədər ölkə üzrə 1 473 005 nəfər səs verib, seçici fəallığı 24.71% faiz olub. Toyuqlu pizza

Qeyd edək ki, bələdiyyə seçkilərinə bu gün saat 08:00-da start verilib. Seçkilər saat 19:00-da başa çatacaq.

Bundan əlavə, MSK Katibliyinin İnformasiya Mərkəzi tərəfindən səsvermənin gedişi və nəticələri barədə saat 17.00 və saat 19.00-da ilkin məlumatlar veriləcək.

Səsvermənin gedişi və nəticələri barədə alınan məlumatlar hüquqi əhəmiyyət daşımayan ilkin məlumatlar hesab edilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!