MSK: Seçkilərdə Paşinyanın partiyası liderdir

saytların hazırlanması

Evə çatdırılma

MSK: Seçkilərdə Paşinyanın partiyası liderdir

Rəsmi

20 İyun 2021 23:44 1504


Ermənistanda bu gün keçirilən növbədənkənar parlament seçkilərində baş nazir vəzifəsini müvəqqəti icra edən Nikol Paşinyanın rəhbəri olduğu "Vətəndaş müqaviləsi" Partiyası qalib olub.

Yenisabah.az xəbər verir ki, bu barədə Ermənistanın Mərkəzi Seçki Komissiyası (MSK) məlumat yayıb.

Rəsmi məlumata görə, Paşinyanın rəhbəri olduğu siyasi təşkilat seçicilərin 58,04 %-nin səsini toplayıb. Siyahıda ikinci yerdə sabiq prezident Robert Koçaryanın "Ermənistan" bloku qərarlaşıb. Onun partiyası seçicilərin 22,01 %-nin səsini qazanıb. pizza mizza

Qeyd edək ki, seçkilərdə bir sıra qanun pozuntuları, hətta silahlı insident qeydə alınıb. Ermənistanın Baş Prokurorluğu quruma seçki pozuntuları ilə bağlı 319 məlumatın daxil olduğunu açıqlayıb. Öz növbəsində İstintaq Komitəsi də xeyli sayda qanun pozuntusunun aşkarlandığını bildirib./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!