MSK sədri: Heç kimə rədd cavabı verilməyib

saytların hazırlanması

Evə çatdırılma

MSK sədri: Heç kimə rədd cavabı verilməyib

Siyasət

10 İyul 2024 11:34 468


Azərbaycanda seçkiləri müşahidə etmək istəyənlərə rədd cavabı verilməyib.

Yenisabah.az xəbər verir ki, bunu iyulun 10-da Mərkəzi Seçki Komissiyasında (MSK) dairə seçki komissiyalarının rəhbərləri üçün keçirilən müşavirədə çıxış edən MSK sədri Məzahir Pənahov deyib.

O qeyd edib ki, seçkilərdə müşahidəçi qismində iştirak etmək istəyən hər kəs dairə seçki komissiyasına və MSK-ya müraciət edə bilər: Sezar pizza

"Seçkilərdə aşkarlığın təmin edilməsini isə media qurumları həyata keçirir. Azərbaycan dünyada yeganə ölkədir ki, media orqanları seçkiləri müşahidə etmək, prosesi işıqlandırmaq üçün heç bir qurumdan icazə almırlar. Onların seçkiləri müşahidə etmək üçün jurnalist vəsiqəsini göstərmələri kifayətdir".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!