MSK yekun nəticələri təsdiqlədi - Kostitusiya Məhkəməsi qərar verəcək

saytların hazırlanması

Evə çatdırılma

MSK yekun nəticələri təsdiqlədi - Kostitusiya Məhkəməsi qərar verəcək

Siyasət

25 Fevral 2020 20:02 803


Mərkəzi Seçki Komissiyası (MSK) bu gün keçirilən iclasında seçkilərin ümumi yekunlarına dair protokolu təsdiq edib. "Yeni Sabah" xəbər verir ki, MSK seçkilərin yekunlarının yoxlanılması və təsdiqlənməsi üçün DSK protokollarının, əlavə sənədlərin Konstitusiya Məhkəməsinə təqdim edilməsi barədə qərar çıxarıb. Qeyd edək ki, Konstitusiya Məhkəməsi 10 gün müddətində sənədlərin Seçki Məcəlləsinə uyğunluğunu yoxlamalıdır. Vaxt tələb edərsə, bu müddət uzadıla da bilər. Xatırladaq ki, 2020-ci ilin fevralın 9-da Milli Məclisə növbədənkənar seçkilər keçirilib. /Oxu.az
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!