MSK yeni seçiləcək bələdiyyə üzvlərinin sayını açıqladı

saytların hazırlanması

Evə çatdırılma

MSK yeni seçiləcək bələdiyyə üzvlərinin sayını açıqladı

Siyasət

02 Dekabr 2024 16:14 768


Azərbaycanda təyin edilmiş növbəti bələdiyyə seçkilərində seçiləcək bələdiyyə üzvlərinin sayı məlum olub.

Yenisabah.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) saytında məlumat yayımlanıb.

Ölkədə 2025-ci il yanvarın 29-da 685 bələdiyyəyə seçkilər keçiriləcək. Həmin bələdiyyələr üzrə ümumilikdə 8 min 71 bələdiyyə üzvü seçiləcək. Marqarita pizza

Siyahıya əsasən, ən çox bələdiyyə 83 saylı Beyləqan seçki dairəsi və 98 saylı Bərdə-Tərtər seçki dairəsinin ərazisindədir.

Beyləqan seçki dairəsi üzrə 16 bələdiyyəyə 172 üzv, Bərdə-Tərtər seçki dairəsi üzrə isə 16 bələdiyyəyə 164 üzv seçiləcək.

Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-a təyin edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!