Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin keçmiş baş idarə rəisi Sübahir Qurbanov əfv edilib.
Yenisabah.az xəbər verir ki, Prezident İlham Əliyevin bu gün imzaladığı əfv sərəncamı ona da şamil edilib.
Xatırladaq ki, 2018-ci il aprel ayınının 23-də Sabunçu Rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin hökmü ilə ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq baş idarə rəisi-general 14 il müddətinə azadlıqdan məhrum edilib. Marqarita pizza
Qeyd edək ki, MTN-in sabiq baş idarə və idarə rəisləri - Sübahir Qurbanov, Teymur Quliyev, Natavan Mirvətova, eləcə də həmin qurumun digər vəzifəli şəxsləri - Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev və Elşad Əzizov 2015-ci ildə həbs olunublar.
Azər İsrafilov
Telegram kanalımız