MTN generalların işində zərərçəkən qadının məhkəməsi başlayır

saytların hazırlanması

Evə çatdırılma

MTN generalların işində zərərçəkən qadının məhkəməsi başlayır

Kriminal

13 Mart 2021 09:25 787


Bakıda dələduzluqda təqsirli bilinən Ulduzə Səfərzadə barəsində cinayət işi başlanıb.

Yenisabah.az xəbər verir ki, U. Səfərzadə iki nəfərin etibarından sui-istifadə edərək onlara qarşı dələduzluq edərək pullarını mənimsəyib. Zərərçəkmişlərin şikayəti əsasında U. Səfərzadə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham verilib.

Onun barəsində aparılan cinayət işi üzrə ibtidai istintaq başa çatıb. pizza mizza

Təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Mirzə Xankişiyevin icraatına verilib. (APA)

Qeyd edək ki, U. Səfərzadə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq idarə rəisləri general-mayor Sübahir Qurbanov, general-mayor Teymur Quliyev və general-mayor Natavan Mürvətovanın barəsində olan cinayət işində zərərçəkmiş şəxs qismində tanınıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!